DYP-dən sürücülərin karantin dövründə gözlədiyi AÇIQLAMA

İctimai nəqliyyat 28 Aprel 2020 | 19:47
OXUNUB: 9593

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. BDYPİ şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar olaraq 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bildirir ki, sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq əvvəlcədən elektron növbə götürməklə sürücülük vəsiqəsini dəyişə bilərlər. Eyni zamanda texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri də BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər."

Kamran Əliyev hesab edir ki, 3 saat müddət bu proseslərin həyata keçirilməsi üçün sürücülərə kifayət edəcək. "Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesidə Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man