Qarajda toz basmış nadir avtomobil bir milyon dollara satışa çıxarıldı - FOTO

Maraqlı 25 Aprel 2020 | 12:15
OXUNUB: 2254

ABŞ-da qarajda toz basmış 1960-cı ilin nadir “Mercedes-Benz 300 SL Roadster” avtomobili bir milyon dollara satılacaq.

Bu barədə “Daily Mail” nəşri yazır. 60 illik maşın İndiana ştatından olan alman əsilli həkim öldükdən sonra, onun qohumları tərəfindən aşkar edilib. Kişinin avtomobil kolleksiyaçısı olduğu bildirilir. Onun qarajında bahalı “300 SL Roadster”lə yanaşı, hələ 1960-cı illərdə yığılmış bir neçə qədim “Porsche” və “Ferrari 330 GT” də daxil olmaqla, çoxlu müxtəlif modellər tapılıb.

Ailə üzvlərinin sözlərinə görə, həkim  nadir hallarda idman avtomobili sürürdü, 1980-ci ildən bəri isə ondan heç istifadə etmirdi. Avtomobil Nyu-Yorkun qədim klassik nüsxələrin alınması ilə məşğul olan “Gullwing Motor Cars” şirkətinə verilib. Hal-hazırda avtomobil 1,095 milyon dollara satışa çıxarılıb.

Qeyd edək ki, “Mercedes-Benz 300 SL Roadster” tarixin ən gözəl və nadir avtomobillərindən biri hesab olunur. Bu modelin cəmi 249 nüsxəsi buraxılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man