Porsche klassik sportkarlar üçün müasir media sistemini təklif edir - FOTO

Nəqliyyat xəbərləri 24 Aprel 2020 | 17:00
OXUNUB: 1287

Porsche şirkəti keçən əsrin 60-90-cı illərində buraxılmış klassik 911 idman avtomobillərinin sahiblərinə müasir media sistemi və naviqasiyanı təklif edir. Kompleks Apple CarPlay tətbiqini dəstəkləyir və o dövrün modellərindəki kimi analoq düymələri ilə təchiz edilir.

Porsche Classic Communication Management sistemi iki versiyada - ölçüləri ilə fərqlənən DIN-1 və DIN-2 bölmələri üçün təklif edilir. Hər iki halda rəngli sensorlu ekran və rəqəmsal yayımı dəstəkləmək üçün DAB + və Bluetooth funksiyaları nəzərdə tutulub.

Media sisteminin qiyməti, versiyadan asılı olaraq, 1439.89 avro və ya 1.606.51 avro olacaqdır.(autograph.az)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man