Fransanın "Savate" (fransız boksu) Federasiyası azərbaycanlı K-1 döyüşçüsü Tural Bayramov haqqında videoçarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, videoçarxda azərbaycanlı idmançının müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə iştirak etdiyi yarışlardan döyüş fraqmentləri öz əksini tapıb.
Videonun hazırlanmasında məqsəd onun Fransız telekanallarda yayımlanmasıdır. Belə ki, "Savate" Federasiyası Tural Bayramovun bu ölkədə peşəkar döyüşlərə qatılmasını istəyir. Artıq bu barədə ilkin razılaşma da var.
Xatırladaq ki, Tural Bayramov yol polisidir və Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidmətinin Növbətçi Hissəsinin Polis nəfəridir.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man