Polisdən qaçan sərxoş sürücü “Hyundai”la dirəyə girdi - FOTO

Nəqliyyat TV 24 Aprel 2020 | 10:30
OXUNUB: 1192

Rusiyanın Samara əyalətində avtomobillə polisdən qaçan sərxoş sürücünün törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Sızran şəhərində qeydə alınıb.  Kadrlarda, Yol Patrul Xidməti (YPX) əməkdaşının səs gücləndirici vasitəsi ilə “Hyundai” markalı avtomobilin sürücüsünə “saxla” əmri verdiyi, ancaq onun əmrə tabe olmayaraq sürətlə binaların dar həyətyanı yolunda qaçmağa çalışdığı görülür. Bir müddət belə irəliləyən sürücü sonra döngədən dönmək istəyərkən avtomobilini işıq dirəyinə çırpır.

Qəzada ölən və xəsarət alan olmasa da, avtomobilin ön hissəsinə ziyan dəyir.

Bildirilir ki, polisdən qaçan 31 yaşlı sürücü sükan arxasında sərxoş olub.

YPX əməkdaşı onun barəsində inzibati qaydada protokol tərtib edərək cərimələyib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man