Avtoxuliqanlıq edən sürücünün həbsdən görüntüləri - VİDEO

İctimai nəqliyyat 21 Aprel 2020 | 19:47
OXUNUB: 1258

Xüsusi karantin rejimi dövründə Bakının Yasamal rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub.

“MediaPost” xəbər verir ki, İsmayıl Məmdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Yasamal dairəsində avtoxuliqanlıq edib. Polisin “saxla” əmrinə tabe olmayan sürücü eyni zamanda karantin qaydalarını pozub. Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sürücü saxlanılıb.

Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə İsmayıl Məmdiyev 15 gün inzibati həbs və sürücülük hüququndan 6 ay müddətində məhrum olunub.

İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində “MediaPost”un suallarını cavablandıran sürücü bildirib ki, 24 yaşı var və subaydır. Etdiyi əməldən peşman olduğunu qeyd edən sürücü bir daha bu cür xəta törətməyəcəyini də əlavə edib.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man