"Koroğlu" metrosunun yanındakı karantin postunda niyə tıxac yaranır? - VİDEO

Nəqliyyat TV 21 Aprel 2020 | 15:39
OXUNUB: 2026

Son günlər sosial şəbəkələrdə paytaxtın "Koroğlu" metrosunun yaxınlığında yerləşən karantin postunda tıxac yaranması ilə bağlı vətəndaşlar tərəfindən şikayətlər olunur. Avtosfer.az-ın əməkdaşları vəziyyəti yerində araşdırmaq üçün bu gün ərazidə olub.

Qeyd edək ki, dörd zolaq üzrə quraşdırılmış karantin postlarında həm yol polisi, həm PPX əməkdaşları, həm də əsgərlər xidmət aparır. Eyni zamanda avtobuslar üçün ayrılmış zolaqda da sərnişinlər yoxlanılır. Tıxacın yaranmasına səbəb isə sürücülərin post qurulmuş köməkçi yola deyil, əsas yola istiqamət almasıdır. Polis həmin yolu operativ nəqliyyat vasitələri üçün boş saxlayır. Bəzi sürücülər isə həmin yol istiqamətdə hərəkət etməklə körpünün altında tıxac yaradır. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşlar karantin postlarına anlayışla yanaşmalıdır. "Yaxşı olar ki, posta yaxınlaşan zaman müvafiq sənədlər hazır saxlanılsın ki, polis əməkdaşları da tez həmin sürücü və sərnişinlərin yoxlayıb buraxsınlar." 
Ərazidən hazırlanmış videomaterialı təqdim edirik:

 

Elməddin Muradlı

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man