Polisdən qaçan “taksi”nin qəza törətmə görüntüsü təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 18-də Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.
Məlumata görə, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları, Elist şəhərindən Sankt-Peterburqa gələn 32 yaşlı sürücünün idarə etdiyi “taksi”yə “Saxla” əmri verib. Lakin, sürücü əmrə tabe olmayıb. Bundan sonra təqib başlayıb. İki polis maşınının təqib etdiyi “taksi” Admiralteysk rayonunda yerləşən Krasnoflotsk piyada körpüsünün yanındakı yola dönmək istəyərkən, sürücünün idarəetməsindən çıxıb və çevrilərək yol kənarındakı qoruyucu məhəccərlərə çırpılıb. Məhəccərləri qıran avtomobil az qala çaya düşəcəkdi.
Bildirilir ki, “taksi”nin sürücüsü sükan arxasında sərxoş olub. O, qəzadan yüngül sıyrıqlarla sovuşub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man