“Qırmızı”dan keçən “Toyota” “Nissan”a çırpıldı; 3 nəfər xəsarət aldı - VİDEO

Nəqliyyat TV 19 Aprel 2020 | 14:14
OXUNUB: 1365

Yakutiyada sərxoş sürücünün qəza törətmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident aprelin 18-də axşam saatlarında qeydə alınıb. 

Kadrlarda, yol kəsişməsində qarşı tərəfdə svetoforun qırmızı işığının yandığı və yolun digər hərəkət iştirakçılarının hərəkətə gəldiyi görülür. Bu zaman qarşı yolda işıqforun qırmızı işığının yanmasına baxmayaraq yüksək sürətlə irəliləyən “Toyota Corolla” markalı minik avtomobili “Nissan” markalı minik maşınına çırpılır.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində biri 6 yaşlı qız olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları qəzaya səbəb olan sürücünün sərxoş olduğunu müəyyən ediblər.

Asayiş keşikçiləri onun barəsində inzibati qaydada protokol tərtib ediblər.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man