Dağüstü park ərazisində qurulmuş karantin postunda xidmət aparan Səbail rayon PPX əməkdaşının bu hərəkəti Avtosfer.az-ın kamerasına düşüb. Ərazidən keçən nəqliyyat eksperti, eyni zamanda Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı polis əməkdaşının ərazidəki ac göyərçinlərə çörək verdiyini görüb və bunu kameraya çəkib. Elməddin Muradlı ilə söhbəti zamanı polis əməkdaşı bildirib ki, hər gün burda xidmət aparır və günorta vaxtı onlara yemək gətirilir. O isə gətirilən çörək payını quşlarla paylaşır. Artıq hər gün eyni saatda quşlar polis əməkdaşının başına yığışaraq ondan yemək gözləyirlər. Maraqlı görüntüləri təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man