Vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozan, xidməti səlahiyyətlərini aşan, qanun pozuntularına yol verən müvafiq təhqiqat və istintaq orqanlarının əməkdaşları cəzalandırılıb.
Avtosfer.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Ombudsmanın 2019-cu il üzrə fəaliyyəti ilə bağlı illik məruzəsində bildirilib.
Qeyd olunub ki, həmin şəxslərə qarşı inzibati cəzalar tətbiq edilib. Eyni zamanda, mövcud sahədə işlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb.
Məruzədə bildirilir ki, bəzi vətəndaşlar yol-patrul xidmətinin əməkdaşlarından da şikayət ediblər. Şikayətlərdə əsasən, yol polislərinin kobud davranışı, qanunsuz cərimə yazmaları, baş verən yol-nəqliyyat hadisələrinin obyektiv araşdırılmadığı bildirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man