Kürdəmirdə şirkət əməkdaşının törətdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Yol qəzaları 17 Aprel 2020 | 09:30
OXUNUB: 611

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Avtosfer.az-ın "Report"-a istinadən xəbərinə görə, hadisə aprelin 17-si gecə saat 2 radələrində rayonun Atakişili kənd ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1963-cü il təvəllüdlü "Kürdəmir-pambıq" ASC-də çilingər işləyən Möhkəm İbadov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə piyada hərəkət edən, rayon sakini, 1988-ci il təvəllüdlü Taleh Mahmudovu vurub. T.Mahmudov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man