Rusiyanın Sankt-Peterburq şəhərində TIR-ın çaya düşmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident aprelin 16-da səhər saatlarında Vıborqsk rayonu ərazisində qeydə alınıb.
Kadrlarda, hərəkətdə olan “Scania” markalı yük maşınının əks yola çıxdığı və dəmir məhəccərləri qıraraq Neva çayına düşdüyü görülür.
Yerli KİV-in məlumatına görə, TIR-ın 42 yaşlı sürücüsü kabinədən çıxa bilməyərək dünyasını dəyişib.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man