Aprelin 13-ü Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 40-cı kilometrində 37-BB-393 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib. Avtosfer.az xəbər verir ki, qeyd etdiyimiz sürücü sürətli yolun əksi istiqamətinə hərəkət edən zaman yol patrul xidməti əməkdaşı ona saxla əmri verib. Lakin sürücü idarə etdiyi yük avtomobilini polis əməkdaşlarının üzərinə sürərək hərəkətinə davam edib. Sürücü bundan sonra digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.
Polis əməkdaşları çətinliklə də olsa həmin sürücünü saxlayaraq məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə aparıb.
Aprelin 14-də Qaradağ Rayon Məhkəməsi tərəfindən sürücü Bayramov Qismət Şamil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man