Yük maşınlarında gizli sərnişin daşıyanlar cəzalandırılır – YPX-dən XƏBƏRDARLIQ - VİDEO

İctimai nəqliyyat 12 Aprel 2020 | 12:45
OXUNUB: 1880

Bu gün Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində Həsənov Əlizamin Süleyman oğlunun idarə etdiyi 99 XJ 404 dövlət nömrə nişanlı, "Hova" markalı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımın əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, avtomobilə baxış keçirilən zaman orada sərnişin qismində əyləşən Əliyev Adil Yolağa oğlunun sənədləri yoxlanılıb. Məlum olub ki, sərnişinin Bakı qeydiyyatı yoxdur və sürücü onu gizli şəkildə paytaxt istiqamətinə gətirməyə cəhd edib. Yol polisləri tərəfindən karantin qaydalarını pozduqlarına görə sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib olunub. Sərnişin qismində Bakıya gəlməyə çalışan Adil Əliyev geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı yük avtomobillərinin sürücülərinə bir daha xəbərdarlıq edir ki, onlar üçün yaradılmış şəraitidən sui-istifadə etməsinlər. Qeydiyyatsız sərnişinləri avtomobilin kabinəsində və yük yerində gizlədərək paytaxt istiqamətinə və rayonlara aparmasınlar. Onsuz da postlarda ciddi yoxlama aparılır və bu cür hallar aşkar edildikdə həm sürücü, həm də sərnişinlər qanunamüvafiq şəkildə cəzalandırılır.

Videonu təqdim edirik:

 

Hazrladı: Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man