Yenilənmiş Toyotanın bu modeli belə olacaq

Nəqliyyat xəbərləri 10 Aprel 2020 | 19:00
OXUNUB: 1442

Yenilənmiş Toyota Fortuner ofrouderi Tailandda casusların obyektivinə tuş gəlib. Gözlənildiyi kimi, ofrouderin eksteryerində baş vermiş dəyişikliklər cüzidir: ön fənərlərin forması bir qədər nazikləşib və üst tərəfdəki radiator barmaqlığı isə bir qədər daralıbdır. Bu dəyişikliklər avtomobili aqressivləşdirməyə kifayət edir.

Salonda da ciddi dəyişikliklər gözlənilmir. Casuslar interyerin şəklinin çəkməyə müvəffəq olmasalar da, ofrouderin yeni multimedia sistemini əldə etdiyini bildiriblər. Əlbəttə ki, salon tərtibatında yeni materiallar və rənglər tətbiq edilə bilər. Üstəlik, ofrouderin avadanlıq siyahısı da zənginləşəcəkdir. Toyota Fortuner modelinin təchiz edildiyi 2.8 litrlik 1GD-FTV dizel mühərriki də yenilənmədən nəsibini ala bilər. Hazırda turbodizel 177 at qüvvəsi təklif edir. Yenilənmiş Toyota Fortuner modeli ilkin olaraq Tailandda satışa çıxarılacaqdır. İlin sonuna qədər yenilənmiş ofrouder Hindistanda debüt etməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man