Yol polisinə karantin postunda şər atan sürücü saxlanıldı - VİDEO

İctimai nəqliyyat 10 Aprel 2020 | 13:34
OXUNUB: 4677

Sosial şəbəkələrdə yol polisinin ünvanına şər-böhtan xarakterli videomaterial paylaşdığı üçün Binəqədi rayon sakini 23 yaşlı Surxayzadə Surxay Camal oğlu saxlanılıb. O, idarə etdiyi 99 SU 082 dövlət nömrə nişanlı, "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunun 45.2-ci kilometrliyindəki karantin postunda çəkiliş apararaq "Tik-tok" sosial şəbəkəsində yayıb. Videoda iddia olunur ki, guya yol polisləri postda sürücülərdən müəyyən məbləğdə pul alaraq buraxırlar. Lakin bu sürücü ilə inturiqa apararaq onu postdan buraxmırlar. 
Avtosfer.az-ın əməkdaşı ilə söhbətində əməlindən peşman olduğunu bildirən sürücü Surxay Surxayzadə deyib ki, əslində bu səs sosial şəbəkələrdə bir çox videoların üzərində başqa formada yayılır. "Lakin mən səhv edərək həmin səsi yol polisi postunun görüntüləri üzərində paylaşmışam. Əməlindən peşmanam. Bunu bir zarafat üçün çəkmişdim. Amma belə nəticəyə gəlib çıxacağını bilmirdim." 
Qeyd edək ki, həmin sürücü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində toplanmış materiallar materiallar baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man