Motosikletin qəfildən manevr edən yük maşınına çırpılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.
Kadrlarda, yük avtomobilinin hərəkətdə olarkən anidən sola manevr etdiyi və bu zaman sürətlə gələn motosikletin “Qazel”ə çırpıldığı görülür. Zərbənin təsirindən motosikletli havada bir neçə dəfə fırlanaraq asfalta dəyir.
Nəticədə motosikletli yüngül bədən xəsarətləri alıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man