“Mercedes” 200-lə “Volvo”nun altına girdi: məşhur bloger və 2 nəfər öldü - VİDEOlar

Nəqliyyat TV 06 Aprel 2020 | 13:00
OXUNUB: 1380

Qeyri-adi obrazları ilə məşhur olan bloger Pavel Petel avtomobil qəzasında dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident aprelin 4-də Moskva əyalətinin Podolsk şəhəri ərazisində qeydə alınıb. Bu barədə “RenTV” məlumat yayıb.

Məlumata görə, Simferopolsk şosesində 200 kilometr saatla  idarə olunan “Mercedes” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq yanacaq doldurma məntəqəsində dayanan “Volvo” markalı TIR-a arxadan çırpılıb. Zərbənin təsirindən “Mercedes” yarıya kimi yük maşınının altına girib.

Nəticədə bloger və 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, “Mercedes”in sükanı arxasında Pavel Petelin özü yox, 16 yaşlı yeniyetmə olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man