Ən populyar avtomobil markaları - REYTİNQ

Nəqliyyat xəbərləri 05 Aprel 2020 | 18:30
OXUNUB: 2097

“Avtostat” agentliyinin analitikləri Rusiya bazarlarına çıxarılan ən populyar avtomobil markalarının adlarını açıqlayıblar. Avtosfer.az xəbər verir ki, 1 yanvar 2020-ci ilin statistikasına görə, ölkə ərazisində 44,5 milyon ədəd minik avtomobili qeydiyyatdan keçib.

Agentliyin məlumatına görə, ən populyar avtomobil markası “Lada” olub, onun bazardakı payı ümumi avtomobillərin sayının 31,3 faizini təşkil edir (13,9 milyon ədəd).

İkinci yerə, 8,8 faiz (3,9 milyon ədəd) göstərici ilə “Toyota” markası yerləşib.

İlk üçlüyü, Koreya brendi “Hyundai” (5 faiz, və ya 2,2 milyon ədəd avtomobil) bağlayıb.

Reytinqin dördüncü, beşinci pilləsini Yaponiyanın “Nissan” və Koreyanın “KİA” markası tutub. Hər iki brendin hesabında 2,1 milyon (4,8 faiz) ədəd avtomobil var.

Qeyd edilən markalara əlavə olaraq, ən populyar 10-luğa, “Renault” (4,4%), “Volkswagen” (3,9%), “Chevrolet” (3,8%), “Ford” (3,1%) və “Mitsubishi” (2,7%) düşüb.

Qeyd edilir ki, Rusiyada digər markaların payı 2 faizi ötmür.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man