"Vətəndaşlar elə fikirləşməsinlər ki..." -DYP rəsmisi

İctimai nəqliyyat 05 Aprel 2020 | 10:00
OXUNUB: 3296

“Biz martın 19-dan bugünədək, vətəndaşların rayon istiqamətinə getmələri, həmçinin rayonlardan paytaxt istiqamətinə gəlmələrinin məhdudlaşdırılması ilə bağlı nəzarəti həyata keçirirdik. Bu müddət ərzində polis təxminən 19 mindən artıq nəqliyyat vasitəsinin geri qaytarılmasını təmin edib. Artıq, sürücülər başa düşməlidirlər ki, daha postlarda onları heç kəs geri qaytarmayacaq”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində xüsusi karantin qaydalarından danışarkən deyib.

K.Əliyev bildirib ki, bundan sonra icazəsi olmadan yola çıxan şəxslər məsuliyyətə cəlb ediləcəklər: “Bunu hər kəs bilməlidir. Vətəndaşlar elə fikirləşməsinlər ki, gedəcəklər, qarşıdakı hansısa postda onu saxlayacaqlar və maksimum polis tərəfindən geri qaytaracaqlar. Xeyr, elə deyil. Artıq, vətəndaş posta gəlib çıxıbsa, yaxud polis saxlayıbsa, icazəsiz çıxması müəyyən olunubsa, məsuliyyətə cəlb ediləcək. Həmin vətəndaş istər avtomobildə olsun, istər sürücü, istərsə də sərnişin kimi, birbaşa məsuliyyətə cəlb olunacaq. Bunları nəzərə alaraq, evdən yalnız SMS göndərərək cavab aldıqdan, yaxud da, hansısa müəssisəyə getmək üçün icazəsi, buraxılışı olanlar çıxa bilərlər. İcazə yoxdursa, vətəndaşlar evdən çıxmamalıdırlar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man