Çində yaşlı qadın avtomobillə 1 nəfərin ölümünə, daha 2 nəfərin də xəsarət almasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Məlumata görə, 89 yaşlı qadın idarə etmək istədiyi avtomobilin pedallarını səhv salaraq əyləc yerinə qaza sıxıb və maşın arxaya hərəkət edərək səkidə olan piyadaları vurub. Bundan sonra avtomobil yolda yüksək sürətlə bir neçə kvartal irəliləyərək sonda park edilmiş motosikletlərə çırpılıb.
Nəticədə 3 piyada yaralanıb və onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man