SMS göndərmədən yola çıxan sürücülər cərimə olunacaq - DİQQƏT - YENİ QAYDALAR GƏLİR - VİDEO

Nəqliyyat xəbərləri 02 Aprel 2020 | 11:30
OXUNUB: 3860

"Karantin rejiminin qaydalarına əsasən istisna hallarda evdən çıxmalarına icazə verilir. Vətəndaşların çıxmalarının səbəbinin izahı artıq öz həllini tapıb". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hərəkət qısa zamanda elektron cihazlarla tənzimlənəcək: "Bununla bağlı yaxın saatlarda qərar ictimaiyyətə açıqlanacaq. Evdən çıxmamışdan əvvəl vətəndaş bəlli nömrəyə sms və ya zəng edib çölə çıxmaqlarının səbəbi izah ediləcək. Bu halda icazə veriləcək. Çölə çıxan şəxs şəxsiyyət vəsiqəsini quraşdırılan polis naryadlarına təqdim edəcək və planşet vasitəsilə baxılacaq ki, ona icazə verilib ya yox".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da əlavə edib ki, bununla bağlı sənəd hazırlanır: "İkili yozulması mümkün olmayan şəkildə detallı izah olunacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man