Çinin “Hengtian” şirkəti, “Toyota Land Cruiser 200”-ün surətini istehsal etməyə hazırlaşır. Avtosfer.az xəbər verir ki, “Hengtian L4600” adlandırılan SUV-un ilk görüntüləri internetdə yayımlanıb. Avtomobilin rama konstruksiyasının uzunluğu 5240 millimetrdir, bu da “Land Cruiser 200”-dəkindən 300 millimetr uzundur. Təkər bazasının ölçüsü isə Yapon SUV-dan 100 millimetr çox, yəni 2950 millimetrdir.
Videoda avtomobilin daxili dizaynında müxtəlif rəngli dərilərdən və dekorativ elementlərdən istifadə olunduğu görülür.
Bundan əlavə, avtomobildə “Land Cruiser 200”-dən daha böyük diaqonalı olan bir displey məlumat əyləncə kompleksi var.
Çin SUV-u 4.6 litr təbii aspirasiya edilmiş V8 benzin mühərriki ilə təchiz edilib. Mühərrik 6 pilləli avtomatik ötürücü və ön oxun möhkəm bağlantısı ilə tam ötürücü sistemlə birlikdə işləyir.
“Hengtian L4600”-ün satış üçün başlanğıc tarixi və qiyməti daha sonra açıqlanacaq.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man