Ekspert:“Bakı avtobuslarında sərnişinlərin sayı azalmır”

Nəqliyyat xəbərləri 27 Mart 2020 | 19:15
OXUNUB: 1070

Koronavirusun yayılması əleyhinə ictimai nəqliyyat sektorunda aparılan tədbirlərindən biri də avtobuslarda sərnişin sıxlığının azaldılmasıdır. Çünki avtobuslarda sıxlıq sərnişinlər arasında yaxın təmasa səbəb olur ki, bu da pandemiyanın ölkədə yayılmasını sürətləndirə bilər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “MediaPost”a verdiyi açıqlamada bildirib ki, sərnişin sıxlığı yaşanan marşrut xətlərində avtobus sayını artırmaq lazımdır:

“İctimai nəqliyyatda xüsusi dezinfeksiya qaydalarına mütəmadi riayət olunmalıdır. Gündə bir neçə dəfə bütün marşrutlarda avtobusların hər biri dezinfeksiya edilməlidir. Xüsusi karantin rejiminin olmasına baxmayaraq vətəndaşların ictimai nəqliyyatdan fəal şəkildə istifadə etdiyini müşahidə edirik. Çünki xəstəxanalar, apteklər, mağazalar çalışır, belə olan halda şəhərdə sərnişinlərin də sayı azalmır.

İctimai nəqliyyatda sıxlıq hər marşrutda deyil, müəyyən marşrutların avtobuslarında müşahidə edilir. Belə olan halda həmin marşrutlarda avtobus sayını artırmaq lazımdır. Sərinişinlər də maarifləndirilməlidir ki, avtobuslara minərkən bir-birinin arasında qaydalara uyğun məsafə saxlasınlar, maskalardan və avtobusların içində olan dezinfeksiya məhlullarından istifadə etsinlər. Bu barədə təbliğat aparılır. Amma düşünürəm ki, sıxlığın qarşısını maarifləndirməklə tam almaq mümkün olmayacaq. Ola bilər belə bir qayda tətbiq olunsun ki, hər avtobusda on nəfərdən artıq adam əyləşməsin. Bu, “Bakubus” avtobuslarına aiddir. Belə olan halda isə avtobusların sayını artırmağa ehtiyac olacaq. Hazırda istifadə olunmayan marşrutların avtobuslarını sıxlıq olan marşrutlara yönləndirmək daha doğru addım olar. Dayancaqlarda da xüsusi dezinfeksiya işləri aparılmalı, orada karantinlə bağlı xüsusi cəlb edilmiş insanlar olmalı və avtobuslara əyləşərkən sərnişinlər maarifləndirilməlidir. Bu proseslərdə təkcə BNA deyil, Səhiyyə Nazirliyinin əməkdaşları da fəal iştirak etməlidir. Sərnişinlər də ilk növbədə maska taxmalıdır. Bu, vacib amillərdən biridir. Eyni zamanda, sərnişinlər əllərini dezinfeksiya etməli və aralarında iki metr məsafə saxlamalıdırlar. Avtobusda sıxlıq olarsa bu məsafəni saxlamaq olmayacaq”.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man