Astarada yol polisi 200-ə yaxın sürücüyə tibbi spirt və maska payladı - FOTO

İctimai nəqliyyat 27 Mart 2020 | 10:10
OXUNUB: 926

Astarada polis tərəfindən 200-ə yaxın sürücüyə tibbi spirt və maska paylanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən tədbirlərə dəstək olaraq maarifləndirici aksiya təşkil ediblər. Tədbir çərçivəsində Astara Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və avtomobillərdə olan sərnişinlərə tibbi spirt və maskalar paylanıb. Onlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qaydalara və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.

Sürücülər bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Aksiya çərçivəsində ümumilikdə 200-ə yaxın sürücüyə tibbi spirt və maskalar paylanıb.

 

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man