Ara və köməkçi yollarda da postlar təşkil olundu - FOTO - VİDEO

İctimai nəqliyyat 25 Mart 2020 | 16:30
OXUNUB: 1149

Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxt, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub. Avtosfer.az xəbər verir kiŞ koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar. Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlaradakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.

Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.

Lakin bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstəməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man