Yaponiyanın “Nissan” avtomobil şirkəti koronavirusa görə İspaniyadakı zavodunun 3 min əməkdaşını müvəqqəti olaraq işdən çıxarıb.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.
Qeyd edilir ki, Barselonadakı zavod martın 13-də işini dayandırıb. Həmçinin konsernin İngiltərədəki zavodunun da işi hələlik qeyri-müəyyən vaxta dayandırılıb.
İspaniyada COVID-19 infeksiyasına yoluxanların sayı 25 min nəfərə çatıb. Ölkədə 1 326 nəfər pandemiyanın qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada artıq 266 mindən çox insan koronavirusa yoluxub, 11 mindən çox insan virusun qurbanı olub.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man