Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq Masallı Rayon Polis Şöbəsi tərəfindən aksiya təşkil olunub.
Avtosfer.az-ın DİN-ə istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Vətəndaşlara bir daha gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.
Sürücülər də bu aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildirib. Eyni zamanda bu tədbirlər Masallı Rayon Polis Şöbəsində də davam etdirilib.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man