Ən populyar xarici avtomobillərin TOP-10-luğu

Nəqliyyat xəbərləri 19 Mart 2020 | 18:00
OXUNUB: 1149

“Avtostat” agentliyinin ekspertləri 2020-ci ilin yanvar ayı ərzində Rusiya bazarlarında ən populyar xarici avtomobillərin adlarını açıqlayıblar. Avtosfer.az xəbər verir ki, siyahının ilk piləsini Koreya istehsalı olan “KİA Rio” modeli tutub. Avtomobildən 6421 ədəd satılıb, bu göstərici 2019-cu ilin analoji göstəricisindən 30% çoxdur.

Ən populyarların ikincisi “Hyundai Creta” krossoveri olub (5026 əd. (+28%). İlk üçlüyü  “Hyundai Solaris” sedanı bağlayıb (3595 əd. (+11,6%).

Siyahının dördüncü və 5-ci yerlərində “Volkswagen Polo” (2964 əd. (+4) və “Toyota RAV4” krossoveri (2905 əd. (+58%) yerləşib.

Həmçinin, ən populyarlar xarici avtomobillərin TOP-10-luğuna, “Renault Duster” (2355 əd. (-10%), “KIA Sportage” (2333 əd. (+26%), “Volkswagen Tiguan” (2290 əd. (+40%), “Renault Logan” (2204 əd, (+10%) və “Toyota Camry” (2064 əd. (+3,5%) daxil edilib.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man