Bakıda sərnişin avtobusları dezinfeksiya edilir

Nəqliyyat xəbərləri 19 Mart 2020 | 09:38
OXUNUB: 851

Martın 18-də Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarajında avtobusların dezinfeksiya olunması, xarici və daxili görünüşünün təmiz olması, o cümlədən dezinfeksiya məhlullarının yerləşdirilməsi ilə bağlı avtobuslara baxış keçirilib.

Avtosfer.az-ın xəbərinə görə, həmin gün saat daşıyıcı şirkətlərin müxtəlif marşrutlar üzrə avtonəqliyyat vasitəsinin qaraj şəraitində yuma və dezinfeksiya işlərinin aparılması Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları tərəfindən müşahidə edilib.

Yuma və dezinfeksiya prosesi hər axşam baş tutacaq və gün ərzində marşrutların başlanğıc və son dayanacaqlarında avtobusların təmizliyinə BNA nəzarət edəcək.

Bundan başqa, taksi minik avtomobillərinin də mümkün qədər nəzarətdə saxlanılmasını nəzərə alaraq, bu sahəyə ayrılan əməkdaş tərəfindən verilən məlumata əsasən martın 18-də bəzi taksi şirkətlərində də dezinfeksiya və təmizləmə işləri aparılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man