Yol polisi rayon maşınlarını bu ərazilərdən buraxmayacaq - 3 yeni post yaradıldı

Nəqliyyat xəbərləri 18 Mart 2020 | 17:30
OXUNUB: 6344

Иayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə 3 yerdə yol polisi postları quraşdırılacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq həmin postların qurulmasına başlanıb: "Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci kilometrliyində, Bakı-Quba yolunun 45-ci kilometrliyində və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılmağa başlanılıb. Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılacaq. Avtomobil nömrəsi Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdiriləcək. Ona görə də vətəndaşlardan xahiş edirik ki, martın 19-dan 29-dək bölgələrə və ya bölgələrdən Bakı və Abşeron yarımadasına səfər etməsinlər. Əks halda onların bu ərazilərə daxil olmasına icazə verilməyəcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man