Yol Polisi kəmər taxmayan sürücülərə xəbərdarlıq etdi - VİDEO

İctimai nəqliyyat 18 Mart 2020 | 00:50
OXUNUB: 1252

Təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə yol polisi sürücü və sərnişinlərə xəbərdarlıq edib. Avtomobildə arxa oturacaqda kəmər taxmadan əyləşən sərnişinlər də inzibati qaydada cərimə olunacaqlar. Bundan başqa avtomobilində arxa oturacaqdakı kəmərləri çıxaran sürücüləri də cərimə gözləyir.

Avtomobildə arxa oturacaqda kəmər taxmadan əyləşən sərnişinlər cərimə olunacaq.

Avtosfer.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir. İdarə əməkdaşları son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrini təhlil edərək bu qənaətə gəlib.

Qəzalar zamanı ölüm riskini azaltmaq məqsədi ilə yol polisi sürücü və sərnişinlərə xəbərdarlıq edib. Arxa oturacaqda kəmər taxmadan əyləşən sərnişinlər də cərimə olunacaqlar.

Qeyd edək ki, bəzi sürücülər tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların ölməsinə, yaxud ağır yaralanmasına səbəb olur.

Sürücülər də yol polisinin bu xəbərdarlığını normal qarşılayırlar.

Qeyd edək ki, belə faktların qarşısını almaq məqsədi ilə yol polisi mütəmadi reydlər keçirəcək.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man