Rusiyanın Kemerov şəhərində svetoforda gözləyən sürücü qəza nəticəsində dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, insident martın 16-da Stroitel bulvarında qeydə alınıb.
Hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, işıqforun qırımızı işığında bir neçə nəqliyyat vasitəsinin dayandığı və bu zaman yüksək sürətlə idarə olunan “Audi” markalı avtomobilin “Ford”a çırpıldığı görülür.
Məlumata görə, zərbənin təsirindən “Ford”un sürücüsü hadisə yerində dünyasını dəyişib.
“Audi”nin 23 yaşlı sürücüsü isə tibbi müayinədən keçirilib və onun avtomobil idarə edərkən narkotik maddənin təsirində olduğu müəyyən olub.
Rusiya Daxili İşlər Nazirliyinin Region üzrə İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, qəza nəticəsində “Ford”da olan qadın sərnişini xəsarət alıb və xəstəxanaya çatdırılıb.
“Audi”nin sürücüsü hadisə yerindən qaçsa da, sonradan geri qayıdıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man