Dünyada yayılmış koronavirus epidemiyası ilə əlaqədar, o cümlədən kəskin respirator virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən nəqliyyat sektorunda genişmiqyaslı qabaqlayıcı tədbirlər görülür. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir.
Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının stasionar postlarında dezinfeksiya işlərindən sonra YPX avtomobilində də proses davam etdirilir. Bütün postlarda xidmət aparan YPX avtomobiləri xüsusi maddə ilə virusa qarşı dərmanlanır. Videomaterialı təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man