Yol polis inspektorları yol hərəkəti qaydalarını pozmaq üzrə çempion olan yerli sakini tutmaq üçün avtomobilin şüşələrini sındırmağa məcbur olublar. Avtosfer.az xəbər verir ki, insident Rusiyanın Krasnoyarsk diyarında baş verib.
Bildirilir ki, sürücü qayda pozuntularına görə 50 dəfə məsuliyyətə cəlb olunub və 3 dəfə də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib. Növbəti cəriməni ödəməkdən imtina edən sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Lakin, o, avtomobildən düşməyərək qapıları kilidləyib. Sürücü sərxoşluq testindən də keçməkdən imtina edib. Buna görə də polislərin güc tətbiq etməkdən başqa çarələri qalmayıb.
Bu dəfə sürücü 4-cü dəfə sürücülük hüququndan məhrum olmaqla qurtulmayacaq, o, həmçinin polis əməkdaşlarının əmrinə tabe olmadığına görə, 5 gün həbs cəzası da alacaq.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man