Qəzaya düşən maşından görün nələr çıxdı - Gömrükçülərin ŞOK ƏMƏLİ - VİDEO

Nəqliyyat TV 12 Mart 2020 | 17:00
OXUNUB: 4348

Ağstafa rayonunda qəza hadisəsi baş verib. yüksək sürətlə idarə olunan minik maşını yoldan cıxaraq dərəyə yuvarlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının 460-cı kilometrliyində - Qırılı kəndi ərazisində qeydə alınıb. Gömrük postunda xidmətdən cıxıb evə yollanan Kürdəmir rayon sakini Xəyyam Əmraslanov idarə etdiyi "Ford" markalı minik avtomobili ilə qəzaya uğrayıb. Qəza zamanı avtomobil yol kənarında 4 ağacı qıraraq aşıb.

Sürücü Xəyyam Əmraslanov müxtəlif bədən xəsarətləri alıb. Qəza nəticəsində avtomobilin yük yerində olan cox sayda spirtli içki, eyni zamanda Gürcüstan istehsalı olan limonadlar qırılaraq yerə tökülüb. Qırılmamış spirtli ickilər isə əraziyə gələn digər gömrük işciləri tərəfindən götürülüb. Avtomobil tam olaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı Daş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Qeyd edək ki, bu barədə jurnalist Ələddin Qarayev sosial şəbəkədə paylaşım edib.

 

xia.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man