Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsinə təyin edilib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Vüsal Qələndərov bu vəzifəyə qədər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Axtarış şöbəsinin əməkdaşı olub.
Qeyd edək ki, Vüsal Qələndərov peşakar idmançıdır. Müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərək 3 qızıl medal qazanıb.
İki ali təhsilini qırmızı diplomla bitirən V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən yaşa görə azad edilən polkovnik-leytenant Qəhrəman Qələndərovun oğludur.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man