YPX avtomobillərinin təhlükəli hərəkətləri kameraya düşdü - VİDEO

İctimai nəqliyyat 05 Mart 2020 | 19:10
OXUNUB: 4344

Yol Patrul Xidmətinin (YPX) əməkdaşları xidməti avtomobillə yol hərəkəti qaydalarını pozublar. Avtosfer.az xəbər verir ki, "Report"un redaksiyasına Bakı şəhəri ərazisində YPX əməkdaşlarının xidməti avtomobillərini yol hərəkəti qaydalarını pozmaqla idarə etmələrini əks etdirən videogörüntülər daxil olub. 

Həmin videogörüntülərdən birində məlum olur ki, sayrışan işıqları işə salmadan Ziya Bünyadov prospektində hərəkətdə olan 99-YP-421 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı YPX avtomobilini sürücü təhlükəli manevrlər etməklə idarə edir. 

Digər görüntü isə Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nömrəsi dəqiq görünməyən BMW markalı YPX avtomobili təhlükəli manevrlər etməklə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısını kəsdikdən sonra sayrışan işıqları qoşur. 

Həmin görüntüləri təqdim edirik:

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man