Bakıda piyada keçidində DƏHŞƏTLİ piyadavurma - VİDEO (+16)

Nəqliyyat TV 03 Mart 2020 | 10:53
OXUNUB: 20838

Bakıda nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Belə ki, nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini "Mercedes" markalı avtomobilin sürücüsü vurub. Sürücü son anda sükanın istiqamətini qaçırmağa çalışsa da qəzadan xilas ola bilməyib. 

Hadisəni şərh edən ekspert Elməddin Muradlı hesab edir ki, burda əsas günah sürücüdə olsa da piyada məsuliyyətsizliyi də var. "Diqqətlə baxsanız görərsiniz ki, piyada yolu keçən zaman həm qaçır, həm də avtomobilin gəldiyi istiqamətə baxmır. Eyni zamanda sürücü də piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmır. Çünki onun piyadanı görməsi üçün kifayət qədər məsafəsi olub. Amma sürət yüksək olduğu üçün avtomobili saxlaya bilməyib."

Bakı Şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi, polis Polkovniki Vaqif əsədov Avtosfer.az-a bildirib ki, nizamlanmayan piyada keçidlərində sürücülər piyadalara yol verməlidir. "Təəssüf ki, çox zaman sürücülər bu qaydanı pozur. Nəticədə ağır fəsadlara səbəb olan qəzalar baş verir. Eyni zamanda piyadalar da diqqətli olmalıdır. Qanunvericiklikdə də deyilir ki, piyada avtomobilin ona yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidir."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man