Belə havada son dərəcə diqqətli və ehtiyatlı olun - DYP

Nəqliyyat xəbərləri 02 Mart 2020 | 15:24
OXUNUB: 931

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə bildirilib ki, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq Baş DYP İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə edir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man