Əlində telefonla piyada keçidindən keçmədi: maşın belə vurdu - VİDEO

Nəqliyyat TV 02 Mart 2020 | 14:05
OXUNUB: 1836

Dövlət Yol Polisi piyadavurmalarla bağlı maarifləndirmə işləri çərçivəsində sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, videoda gənc qız əvvəlcə yolu keçmək üçün piyada keçidindən istifadə edir. Amma geri qayıdan zaman həm başı telefona qarışır, həm də yolu təyin olunmamış yerdən keçir. Nəticədə isə avtomobil onu vurur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür sosial çarxlar piyadavurmaların sayının azaldılmasına hesablanıb. "Təəssüf ki, piyadavurmalarla nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxdur. Bu isə yol polisini ciddi şəkildə narahat edir. Biz mütamadi olaraq piyadalar arasında maarifləndirmə işləri aparırıq. Bu cür sosial çarxlarla çalışırıq ki, insanlar ən azından təsirlənib mənfi nəticə verəcək addımlar atmasınlar."

Bölmə rəisi onu da əlavə edib ki, maarifləndirmə işləri kompleks şəkildə həyata keçirilməlidir. "Burada təkcə yol polisi deyil, ictimai təşkilatlar, mətbuat, o cümlədən sosial şəbəkə istifadəçiləri aktivlik nümayiş etdirməlidir. Yəqin ki, hər bir xəbərdarlıq ən azından bir insanın həyatını xilas edər. Bu isə bizim üçün böyük göstəricidir."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man