Hindistanda göyərçin sərnişin təyyarəsinin uçuşuna maneə yaradıb. Avtosfer.az “Daily Star” portalına istinadən xəbər verir ki, hadisənin görüntüləri bir sərnişin tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.
Kadrlarda, laynerin salonuna soxulan göyərçinin sağa-sola uçduğu və sərnişinlərlə ekipaj üzvlərinin quşu tutmağa cəhd göstərdikləri görülür.
Lakin, quşu tutmaq cəhdləri nəticəsiz qalır. Bir müddət sonra isə göyərçin təyyarənin açıq qapılarından çıxaraq salonu tərk edir.
İnsidentə görə, hava gəmisi 30 dəqiqə gecikmə ilə havalanıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man