Şəki-Zaqqatala yolunda təhlükəli şəkildə avtomobil idarə edən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri məlumat göndərib. 55 BE 180 dövlət nömrə nişanlı avtomobilin sürücüsü gecə saatlarında heç bir işıq cihazını yandırmadan magistral yol ilə hərəkət edir. Digər sürücülərin onu görməsi isə çox çətindir. Hər an qəza törədə bilərlər.
Qeyd edək ki, avtomobilin texniki normaları da qaydasında deyil. Videonu təqdim edirik. Ümid edirik ki, Şəki Dövlət Yol Polisi Şöbəsi sürücü ilə bağlı müvafiq tədbir görəcək.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man