Gəncədə ölümlə nəticələnən yol qəzalarının azaldılması və qayda pozan sürücülərə qarşı reyd keçirilib.Avtosfer.az APA TV-nin yerli bürosuna istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsi əməkdaşlarının keçirdiyi reyd şəhərin Nizami Gəncəvi, Əziz Əliyev, Üzeyir Hacıbəyov prospektləri və Təbriz küçəsində, eləcə də avtomobillərin sıx olduğu digər yerlərdə baş tutub.
Polisin apardığı yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan xeyli sürücü aşkarlanaraq inzibati qaydada cərimələnib.
Tədbir zamanı həmçinin konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomobilləri də cərimə meydançasına aparılıb.
Reyd zamanı ümumilikdə 120-dən artıq sürücü cərimələnib.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man