Gəncədə Yol-Patrul Xidməti əməkdaşının qayda pozuntusunu əks etdirən video yayılıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda 99 YP 206 dövlət nömrə nişanlı patrul avtomobilinin yolun hərəkət hissəsində dayanması əksini tapıb. YPX əməkdaşı sayrışan işıqlardan istifadə etmədən “Prado” markalı avtomobilin sürücüsü ilə söhbət edir, nəticədə arxadan gələn avtomobillər sağdan keçmək məcburiyyətində qalırlar.
Onu da bildirək ki, videoda YPX avtomobilinin tormoz işıqlarından birinin yanmadığı da görsənir.
Görüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man