“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub" - Vaqif Əsədov

İctimai nəqliyyat 27 Fevral 2020 | 11:20
OXUNUB: 1339

“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunmaqla icraya yönəldilir.” Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir.

Polis polkovniki əlavə edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır: "Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, bu düşüncə tərzidir. Ehtiyatla davranmayanda, səhlənkərlıq edəndə nəticə ağır olur.

Vaqif Əsədov deyib ki, həm piyadavurmalar, həm də avtomobil qəzaları insanların həyatına son qoyur. "Dövlət Yol Polisi, eyni zamanda müxtəlif ictimai təşkilatlar, mətbuat bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. Bu gün çəkilən sosial çarxlar, keçirilən görüşlər, profilaktik tədbirlər bu rəqəmin minimuma endirilməsinə hesablanıb. Yol polisi olaraq bu istiqamətdə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, qurumlara təşəkkür edirik." 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man