Taksi sürücüsü 3 nəfəri yanan “Mercedes”dən xilas etdi – VİDEO

Nəqliyyat TV 27 Fevral 2020 | 10:35
OXUNUB: 927

Rusiyanın Moskva şəhərində taksi sürücüsü 3 nəfəri yanan avtomobildən xilas edib. Avtosfer.az xəbər verir ki, insident Şimali Çertanov mikrorayonu ərazisindəki tuneldə qeydə alınıb. Bu barədə yanvarın 27-də “RenTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq tunelin girişinə çırpılıb. Zərbənin şiddətindən içərisində 3 nəfərin olduğu avtomobildə yanğın baş verib.

Bildirilir ki, bu arada arxadan gələn taksi sürücüsü yanğını görərək dayanıb və insanları nəqliyyat vasitəsindən çıxarmağa başlayıb. Taksiçi öz həyatını təhlükəyə ataraq sürücünü və 2 sərnişini yanana avtomobildən xilas etdikdən bir müddət sonra isə maşın partlayıb.

Nəticədə 3 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb edilib. Alovlar yanğınsöndürmə bölmələri tərəfindən ram edilib. Lakin buna baxmayaraq avtomobil yanaraq yarasız vəziyyətə düşüb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man