Yol qəzasına səbəb olan piyadaları həbs gözləyir - DYP-dən AÇIQLAMA - VİDEO

İctimai nəqliyyat 25 Fevral 2020 | 18:15
OXUNUB: 20684

Bir çox hallarda piyadaların günahı ucbatından qəzalar baş verir. Piyada xəsarət almasa da avtomobillərə, onların sürücülərinə ziyan dəyir. Avtosfer.az-ın təqdim etdiyi videoda da piyadanın sürücüləri çaşdırması nəticəsində qəza olur. Bəs görəsən bu halda piyada hansı məsuliyyət daşıyır?

Məsələ ilə bağlı Avtosfer.az-ın sullarını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev verdiyi məlumata görə bu kimi hallar təəssüf ki, baş verir. "Təqdim olunan kadrlardan da göründüyü kimi küçəni müəyyən olunmamış yerdən keçmək istəyən orta yaşlı piyada sağa-sola diqqət yetirmədən yolun hərəkət hissəsinə atılır, lakin çox güman ki, onun iki addımlığında olan avtomobilin tormoz, yaxud siqnal səsinə reaksiya verərək dayanır. Qabaqdakı avtomobilin sürəti az olduğuna görə sürücü nəqliyyat vasitəsini qısa məsafədə saxlaya bilsə də arxadan gələn avtomobil hərəkət zolağını dəyişmək üçün bir qədər sürətini artırdığına və qarşısındakı avtomobillə ara məsafəsi saxlamadığına görə toqquşmadan yayına bilmir."

Kamran Əliyev bildirib ki, qəzanın baş verməsinə səbəb bilavasitə piyada olsa da arxadakı sürücü də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, piyada isə həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələbini pozduğuna, yəni yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxdığına görə inzibati məsuliyyətə cəlb edilməlidirlər.

"Aydın məsələdir ki, sığorta ödənişinin həyata keçirilməsi üçün sürücülər hadisə yerindən yayınmaqda maraqlı deyillər, çünki, bilirlər ki, bu yayınma daha ciddi məsuliyyətə səbəb ola bilər. Lakin videokadrlardan da göründüyü kimi sürücülər avtomobillərindən endikdən sonra piyadanı əl jestləri ilə məzəmmət etsələr də onun hadisə yerindən yayınmasının qarşısını alınmağa cəhd göstərmirlər. İlk baxışdan hadisə yerinə yaxınlaşan uniformalı şəxsin polis olması güman edilsə də köynəyinin qollarında şevronların olmaması həmin şəxsin digər qurumların əməkdaşı olmasını deməyə əsas verir.   

Onu da hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdim ki, piyadalarımız elə düşünməsinlər ki, onların təqsiri üzündən necə qəza olur-olsun onlara maksimum 20 və ya 40 manat məbləğində cərimə tətbiq oluna bilər. Məsələ burasındadır ki, əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş  şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olarsa artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni azadlıqdan məhrum edilərək ömrünün müəyyən hissəsini həbsxanada keçirməli olacaq."



Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man