Bakıda yol hərəkəti qaydasını pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Hüseynbala Əliyev küçəsində ("Yeganə Şadlıq Sarayını"n yanında) hərəkət edən 90-HM-009 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, eyni zamanda svetoforun qadağanedici işığında yolayrıcına daxil olaraq digər qaydanı da pozub.
Qeyd edək ki, həmin küçədə gün ərzində onlarla, yüzlərlə sürücü əks istiqamətə çıxaraq təhlükəli hərəkət edirlər. Amma çox təəssüf ki, nədənsə yol polisləri həmin əraziyə ciddi nəzarət etmir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man